“Barselona”nın futbolçusu Rafinya fiziki durumu barədə danışdı
İdman
09.03.2026 10:15
“Barselona” klubunun sol cinah hücumçusu Rafinya “Nyukasl Yunayted” ilə keçiriləcək UEFA Çempionlar Liqası matçı öncəsi fiziki vəziyyətini dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Braziliyalı futbolçu yorğunluq hissinin ciddi olmadığını bildirib:
“Bəzi oyunçular qədər yorğun deyiləm. Axı mən yüngül zədədən sonra bərpa olunuram və buna görə də istirahət etməyə vaxtım oldu. Özümü yaxşı hiss edirəm. Son oyundan sonra yorğun idim, çünki çox çətin matç idi və bu normaldır”.
Qeyd edək ki, Rafinya son olaraq “Atletik Bilbao” (1:0) ilə görüşə ehtiyat oyunçular skamyasından başlayıb. O, 62-ci dəqiqədə meydana daxil olaraq Markus Raşfordu əvəzləyib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Nyukasl Yunayted” – “Barselona” matçı martin 10-da keçiriləcək.
Namiq HUN
tag: Barselona,Rafinya ,Nyukasl Yunayted,UEFA,Todaypress.tv,
