“Barselona”da yeni qalmaqal: Laporta Xavini hədəf aldı

İdman

09.03.2026 14:54

Joan Laporta “Barselona klubunun gələcək planları barədə danışarkən əfsanəvi hücumçu Lionel Messi üçün abidə ucaldılması niyyətini təsdiqləyib.

TodayPress TV “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, o, klub stadionunun yenidən qurulması başa çatdıqdan sonra Messinin şərəfinə vida oyunu da təşkil olunacağını bildirib:

“Biz Messiyə abidə qoymaq və stadion tam hazır olduqdan sonra onun şərəfinə vida matçı keçirmək istəyirik”.

Klub rəhbəri eyni zamanda keçmiş baş məşqçi Xavi Hernandezi də tənqid edib. Onun sözlərinə görə, Xavi müəyyən dövrdən sonra özünə həddən artıq güvənməyə başlayıb və peşəkar fəaliyyətlə şəxsi həyatı balanslaşdıra bilməyib.

Laporta bildirib ki, Xavi bir vaxtlar “Barselona”nın “Real Madrid” ilə rəqabət aparmaqda çətinlik çəkəcəyini deyərək heyətin dəyişdirilməsini istəyib. Klub prezidenti isə belə yanaşmanın qəbul edilməz olduğunu vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Xavi də müsahibələrində “Barselona” rəhbərliyini heyətin gücləndirilməsində kifayət qədər dəstək verməməkdə tənqid etmiş və klubdan ayrılmasının səbəbləri barədə danışmışdı.

Namiq HUN

TodayPress TV

tag: Joan Laporta,Barselona ,Lionel Messi,Xavi Hernandez,Todaypress.tv,