“Barselona”da təmizləmə əməliyyatı
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik üç futbolçunu gələcək planlarında görmür.
TodayPress TV-nin məlumatına görə, Mark Kasado, Andreas Kristensen və Dro Fernandes alman mütəxəssisin komandadakı strategiyasına uyğun gəlməyən oyunçular sırasındadır.
Həmin futbolçuların hər biri əsas heyətə düşməkdə çətinlik çəkir. Klub rəhbərliyi triodan Dro Fernandesi icarəyə göndərməyi planlaşdırır.
Namiq HUN