“Barselona”da həyəcan təbili: Flik komandaya xəbərdarlıq etdi

İdman

21.02.2026 19:39

"Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik ardıcıl iki məğlubiyyətdən sonra futbolçularla hansı mövzuda danışdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, mütəxəssisin sözlərinə görə, komanda son oyunlarda çoxlu qol imkanlarını boşa verib və əsas müzakirə mövzusu da məhz bu çatışmazlıqlar olub:

“Son matçlarda həddindən artıq çox qol şansını qaçırdıq. Yenidən ən yaxşı formamıza qayıtmaq üçün nəyi düzəltməli olduğumuzu müzakirə etdik. Bu, açıq dialoq idi. Mən də bəzi məqamları aydınlaşdırdım. Vəziyyətləri analiz etməyi, onların öhdəsindən necə gəlməyi və inkişaf üçün nə etməli olduğumuzu bilmək vacibdir”.

Xatırladaq ki, “Barselona” fevralın 12-də “Atletiko Madrid” klubuna İspaniya Kubokunun yarımfinalında 0:4 hesabı ilə məğlub olub. Daha sonra fevralın 16-da La Liqa çərçivəsində “Jirona” ilə görüşdə 1:2 hesabı ilə uduzub.

Namiq HUN

TodayPress TV

tag: Barselona,Hans-Diter Flik,Atletiko Madrid,Xəbərdarlıq,Taodaypress.tv,