“Barselona”çempion oldu – YENİLƏNİB

İdman

10.05.2026 23:25

Futbol üzrə İspaniya La Liqasında “Barselona” “Real Madrid”i "El-Klasiko"da 2:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.

TodayPress TV xəbər verir ki, Kataloniya təmsilçisi tarixdə ilk dəfə olaraq "El-Klasiko" qələbəsi ilə ölkə çempionu adını təmin edib.

Hansi Flikin komandası prinsipial görüşdə həm əzəli rəqibini üstələyib, həm də mövsümün ən böyük hədəfinə çatıb.

Bu oyundan sonra “Barselona” xalını 91-ə çatdıraraq turnir cədvəlinə başçılıq edir.

“Real Madrid” isə 77 xalla ikinci pillədə qərarlaşıb və çempionatın başa çatmasına üç tur qalmış titul şansını itirib.

Qeyd edək ki, “Barselona” İspaniya çempionatını tarixində 29-cu dəfə qazanıb.

xxx

“Barselona” və “Real Madrid” arasında mövsümün ən çox gözlənilən "El-Klasiko"su başladı.

TodayPress TV xəbər verir ki, La Liqada çempionluq mübarizəsinə ciddi təsir edəcək bu duelə hər iki komanda böyük motivasiya ilə çıxıb.

Bütün diqqətlər “Kamp Nou”ya yönəlib: qarşıda təkcə üç xal yox, həm də nüfuz və liderlik savaşı var.

TodayPress TV

tag: Barselona,Real Madrid,İdman,Futbol,Todaypress.tv,