“Barselona” yetirməsi üçün yeni macəra: Traore “Deportivo”da!
“Deportivo” klubu sabiq “Barselona” və İspaniya millisinin vingeri Adama Traore ilə müqavilə imzaladığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, 30 yaşlı futbolçu yeni komandaya azad agent statusunda qoşulub.
Traore ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Vinger ötən mövsüm İngiltərənin “Fulhem” və “Vest Hem” klublarında çıxış edib. O, ümumilikdə 32 oyunda meydana çıxaraq bir məhsuldar ötürmə ilə yadda qalıb.
Karyerası ərzində “Vulverhempton”, “Midlsbro”, “Aston Villa” və “Barselona”nın formasını geyinən Traore Kataloniya təmsilçisinin yetirməsidir.
Futbolçu 2020 və 2021-ci illərdə İspaniya millisində də çıxış edib. Milli komandada 8 oyun keçirən Traorenin hesabında məhsuldar hərəkət yoxdur. O, 2020-ci il Avropa çempionatında da iştirak edib.
“Transfermarkt” portalında 30 yaşlı futbolçunun bazar dəyəri 6 milyon avro qiymətləndirilir.
Namiq HUN