“Barselona” ulduzunu itirə bilər: iki nəhəng klub hərəkətdədir
Rafinya Səudiyyə Ərəbistanına keçə bilər.
TodayPress TV xəbər verir ki, Braziliya millisinin və “Barselona” klubunun vingeri yay transfer pəncərəsində komandasını tərk edə bilər.
29 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanının “Əl Nəsr” və “Əl Hilal” klubları maraqlanır.
Hər iki klub Rafinyanın transferi üçün 80 milyon avro ödəməyə hazırdır. Bundan əlavə, ona hazırkı maaşından dörd dəfə artıq əməkhaqqı təklif olunub.
Braziliyalı vingerin “Barselona” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, Rafinya cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 33 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.
Namiq HUN