“Barselona” rüşvət ittihamı ilə üz-üzə

“Barselona” rüşvət ittihamı ilə üz-üzə
13.12.2025 14:22 İdman

Madrid “Real”ının vəkilləri, Negreyrə işi üzrə şəxsi iddiaçı qismində iştirak edərək, məhkəmə dinləməsində “Barselona” prezidenti Joan Laportanı dindiriblər. 

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, “kral klubu”nun vəkilləri Laportadan keçmiş texniki komitə vitse-prezidenti (CTA) Xose Mariya Negreyrəyə ödənişlərin niyə 800% artırıldığı, onun oğlunun “mavi-qırmızılar”ın hakimlər barədə hazırladığı, amma açıqlanmayan hesabatlarda iştirak edib-etmədiyi barədə suallar veriblər. 

Bundan əlavə, “Real”ın vəkilləri Laportaya “Barselona”nın niyə ödənişləri vergi orqanlarından gizlətdiyini və onların ilkin mənşəyini soruşublar.

Xatırladaq ki, 2023-cü ildə “mavi-qırmızılar”a, İspaniya Krallıq Futbol Federasiyasında (RFEF) çalışan Negreyrəyə ödənişlər zamanı rüşvət vermək ittihamı irəli sürülüb. “Barselona”nın 2001–2018-ci illərdə təxminən 8,4 milyon avro məbləğində ödəniş etdiyi iddia olunur.

Kataloniya təmsilçisinin versiyasına görə, Negreyrə texniki hesabatların hazırlanması üçün xarici məsləhətçi kimi işə götürülüb. CTA-nın keçmiş vitse-prezidenti isə hakimlərə təsir etmək məqsədilə rüşvət aldığı ittihamını inkar edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Bütün Xəbərlər