"Barselona" La Liqa tarixində ən uzun qol seriyasını təkrarladı

"Barselona" La Liqa tarixində ən uzun qol seriyasını təkrarladı
14.12.2025 12:16 İdman

İspaniya La Liqasının 16-cı turunda "Osasuna" üzərində 2:0 hesablı qələbə qazanan "Barselona" ölkə çempionatındakı qol seriyasını ardıcıl 37 oyuna çatdırıb.

TodayPress TV xəbər verir ki, bu, La Liqa tarixində ikinci ən uzun qol seriyasıdır. 2024-cü il dekabrın 21-də başlayan seriya Ernesto Valverdenin (2018-2019-cu illər) dövründəki rekordu təkrarlayıb.

Bu müddət ərzində Hans Flikin komandası 101 qol vurub. İspaniya çempionatında "Barselona"nın qol seriyası üzrə mütləq rekordu 63 ardıcıl matçdır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər