"Barselona" beş müdafiəçi ilə maraqlanır

"Barselona" beş müdafiəçi ilə maraqlanır
16.11.2025 20:23 İdman

İspaniyanın "Barselona" klubu heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi bu mövqedə oynayan beş futbolçu ilə maraqlanır.

Bunlar Almaniyanın "Borussiya" (Dortmund) klubundan Niko Şlotterbek, Portuqaliyanın "Sportinq" komandasından Qonsalu İnasiu, İngiltərə təmsilçisi "Kristal Pelas"dan Mark Qehi, Fransanın "Nant" kollektivindən Tilel Tati və Almaniyanın "Bavariya" klubundan Dayo Upamekanodur.

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər