Banqkokda böyük sınaq: boksçularımız Olimpiya vəsiqəsi üçün döyüşəcək

Banqkokda böyük sınaq: boksçularımız Olimpiya vəsiqəsi üçün döyüşəcək
06.03.2026 15:17 İdman

Azərbaycan boksçuları martin 8-də Banqkokda start götürəcək Olimpiya Təsnifat Turnirində çıxış edəcəklər. 

TodayPress TV Boks Federasiyasına istinadən xəbər verir ki, Seneqalda keçiriləcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan altı boksçu ilə təmsil olunacaq.

Boksçu oğlanların turnirində rinqdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Toğrul Quliyev (60 kq) və Şahin Aslanov (65 kq) qüvvəsini sınayacaq. 

Qızların mübarizəsində isə Gülər Hüseynova (48 kq) və Əminə Tağıya (51 kq) rinqə çıxacaq. 

Yarışın reqlamentinə əsasən, lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək. 

Boksçuların lisenziya yarışı martın 15-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər