BAL matçı qırmızı vərəqə rekordu vurdu

BAL matçı qırmızı vərəqə rekordu vurdu
17.11.2025 12:45 İdman

Türkiyədəki bir futbol matçında hakim 24 qırmızı vərəqə göstərib.

TodayPress TV xəbər verir ki, Regional Həvəskar Liqasında (BAL) keçirilən “Murgulspor” – “Rize Atletikspor” matçı qalmaqalla yarıda dayandırılıb. 

İnsident “Murgulspor” klubunun  ilk hissəni 1:0 hesabı ilə qazandıqdan sonra yaşanıb. Fasilə öncəsi iki komanda arasında kütləvi dava başlayıb.

Nəticədə görüşün hakimi 24 qırmızı vərəqə göstərərək oyunu yarıda dayandırmaq qərarı verib.

Türkiyədəki mərc oyunlarına görə İstanbul Baş Prokurorluğunda başlayan genişmiqyaslı istintaq açıqlamaları fonunda belə bir hadisənin baş verməsi hər halda ətraflı araşdırmaya səbəb olacaq. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər