Bakıdan Xankəndiyə idman və birlik mesajı

İdman

09.05.2026 16:57

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 24 komanda start xəttinə çıxacaq. 

TodayPress TV Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, mayın 10-da start götürəcək yarışda dünyanın 20 ölkəsi təmsil olunacaq.

5 mərhələdən ibarət yarış Bakıda başlayıb Azərbaycanın 21 şəhərindən keçərək Xankəndidə bitəcək. 

Beş gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.

Namiq HUN

TodayPress TV 

tag: ,