Bakıda böyük sınaq – “Qarabağ” yarımfinal üçün oynayır
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçiriləcək.
TodayPress TV xəbər verir ki, “Qarabağ” dogma meydanda “Şamaxı”nı qəbul edəcək.
Komandalar arasında Şamaxıda keçirilən ilk matçda meydan sahibləri (2:1) qalib gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri martın 5-də keçiriləcək.
Azərbaycan Kubokunun ilk yarımfinalçısı “Zirə” klubu olub.
Namiq HUN