“Bakı-Xankəndi” yarışında bu gün ən maraqlı etaplardan biri keçiriləcək
İdman
13.05.2026 09:28
Bu gün “Bakı-Xankəndi” veloyürüşünün dördüncü mərhələsi keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu dəfə velosipedçilər 152,8 kilometrlik məsafədə mübarizə aparacaqlar.
İştirakçılar Gəncə - Göygöl - Goranboy - Ağdərə (Suqovuşan və Talış kəndləri) - Naftalan marşrutu üzrə hərəkət edəcəklər.
Veloyürüşə Gəncədən start veriləcək, mərhələ isə Naftalanda başa çatacaq.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət yarışın mükafat fondu 50 min avrodan çoxdur.
“Bakı-Xankəndi” veloyürüşünün final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.
Turnirə mayın 14-də yekun vurulacaq.
Namiq HUN
tag: Bakı-Xankəndi,Velosiped,Yarış,Komanda,Todaypress.tv,
