“Bakı-Xankəndi” veloyürüşündə ikinci sınaq: 193 kilometrlik marafon başlayır

İdman

11.05.2026 09:15

Bu gün “Bakı-Xankəndi” veloyürüşünün ikinci mərhələsi keçiriləcək. 

TodayPress TV xəbər verir ki, bu dəfə velosipedçilər 193,2 kilometr məsafəni qət edəcəklər. 

İştirakçılar Bakıda start götürərək Şamaxıdan keçəcək və mərhələ İsmayıllıda başa çatacaq.

“Bakı-Xankəndi” veloyürüşünün ilk mərhələsinin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu velosipedçisi Aleksey Şnirko olub. O, finiş xəttini birinci keçərək etapın qalibi adına yiyələnib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Veloyürüşə mayın 14-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

tag: Bakı-Xankəndi,veloyürüş,Şamaxı,Li-Ninq Star,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo