Bakı təmsilçisi yeni mövsüm üçün ilk transferini etdi
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şəfa” klubu heyətini gücləndirməyə başlayıb.
TodayPress TV xəbər verir ki, Bakı təmsilçisi yay transfer pəncərəsində ilk keçidini reallaşdırıb.
Klub sağ cinah müdafiəçisi Rauf Hüseynli ilə 2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu son olaraq “Kəpəz”in formasını geyinib.
“Qarabağ”ın yetirməsi olan Rauf Hüseynli karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
Azərbaycan Premyer Liqası
Şəfa
yay transfer pəncərəsi
Rauf Hüseynli
Qarabağ
Zirə
Şamaxı
Qəbələ
Todaypress.tv