Bakı klubu yeni loqosu ilə diqqətləri üzərinə çəkdi!

Bakı klubu yeni loqosu ilə diqqətləri üzərinə çəkdi!
11.06.2026 16:45 İdman

“Şəfa” klubu yeni loqosunu təqdim edib. 

TodayPress TV xəbər verir ki, Bakı təmsilçisi yeni loqosunu ictimaiyyətə təqdim edib.

“Bir klub, bir şəhər, bir tarix və bir ailə” devizi ilə hazırlanan loqo klubun keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən simvollardan ibarətdir.

Klubun açıqlamasına görə, loqo Şəfa ailəsinin birliyini, Bakıya bağlılığını və gələcəyə olan inamını əks etdirir.

Loqonun əsas elementlərindən biri olan qala Bakının tarixi simvolu sayılan İçərişəhəri təcəssüm etdirir. 

Ulduz klubun 2000/2001 mövsümündə qazandığı Azərbaycan Kubokunu simvolizə edir.

Loqoda yer alan alov elementi isə Odlar Yurdunun tükənməz enerjisini, inkişafını və tərəqqisini ifadə edir. “1998” rəqəmi isə klubun təsis olunduğu ili göstərir.

Rəng seçiminə gəlincə, mavi tonlar Xəzər dənizi ilə əlaqələndirilərək güvən, peşəkarlıq, azadlıq və sakitliyin rəmzi kimi təqdim olunur. Ağ rəng isə ədaləti və yeni başlanğıcları ifadə edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər