Azərbaycanlı qrossmeyster qələbə ilə başladı!

Azərbaycanlı qrossmeyster qələbə ilə başladı!
08.06.2026 11:18 İdman

Özbəkistanda şahmat üzrə ənənəvi beynəlxalq “UzChess Cup” turniri keçirilir.

TodayPress TV xəbər verir ki, ən güclü şahmatçıların mübarizə apardığı “Masters” kateqoriyasında Azərbaycanı milli komandanın üzvü Şəhriyar Məmmədyarov təmsil edir.

Təcrübəli qrossmeyster yarışın ilk turunda hindistanlı şahmatçı Vidit Santoş Gujrathi üzərində qələbə qazanaraq turnirə uğurlu start verib.

Qeyd edək ki, yarışın “Challenge” kateqoriyasında Azərbaycanın daha iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da mübarizə aparır. Onların iştirak etdiyi yarışda ilk turun görüşləri bu gün keçiriləcək.

Altı ölkənin təmsil olunduğu beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər