Azərbaycanlı idmançı qitənin ən güclülərinə qarşı!
Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçiriləcək.
TodayPress TV xəbər verir ki, iyunun 11-dən 14-dək təşkil olunacaq və qitənin ən güclü avarçəkənlərini bir araya gətirəcək reqatada Azərbaycanı kanoe növündə milli komandanın üzvü Tatyana Smilovenko təmsil edəcək.
Qeyd edək ki, Tatyana Smilovenko ötən il Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə diqqət çəkib. O, həmin yarışda bürünc medal qazanaraq Azərbaycan idmanına növbəti nailiyyət bəxş etmişdi.
Namiq HUN