Azərbaycanlı idmançı Ciu-Citsu üzrə çempion oldu
Vüsal Eynullayev (79.5 kq) İtaliyada keçirilən Avropa Ciu-Citsu Çempionatınnın qalibi olub.
TodayPress TV xəbər verir ki, o, Roma turnirində ardıcıl olaraq İtaliya, Fransa və Rusiya təmsilçilərini məğlub edərək öz divizionunun çempionu adını qazanıb.
Vüsal Eynullayev Ciu-Citsu turnirində sərgilədiyi yüksək peşəkarlıq, döyüş taktikasında dəqiqlik və iradəsi ilə fərqlənib.
Qeyd edək ki, Avropa Ciu-Citsu Çempionatı hər il müxtəlif Avropa ölkələrində keçirilir və qitənin ən güclü idmançılarının iştirakı ilə baş tutur.
Namiq HUN