Azərbaycanlı güləşçilərdən möhtəşəm nəticə!

İdman

13.04.2026 17:58

Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər Kuboku” start götürüb.

TodayPress TV xəbər verir ki, U-17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə Azərbaycan yığmasının 4 üzvü fəxri kürsüyə yüksəlib.

Sərbəst güləş yarışlarında İbrahim Həsənov (51 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Yunan-Roma güləşçilərimiz də uğurlu çıxış ediblər. Əli Məmmədov (71 kq) rəqiblərinə şans tanımayaraq çempion olub. 51 kq çəki dərəcəsində Hüseyn Mustafazadə gümüş, İlkin Qurbanov isə bürünc medal əldə edib.

Namiq HUN

TodayPress TV

tag: Azərbaycan,Güləş,Antalya,Zəfər Kuboku,Todaypress.tv,