Azərbaycanlı gənc futbolçu Liqa 1 klubunun diqqətində!

İdman

06.03.2026 16:41

“Qarabağ” klubunun 15 yaşlı futbolçusu Əli Bəşirov Fransaya yollanmağa hazırlaşır.

TodayPress TV “qol.az” saytına istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi öz potensialı və çıxışı ilə xarici klubların diqqətini cəlb etməyi bacarıb.

Hazırda Azərbaycanın U-18 milli komandasının üzvü olan Bəşirov Beynəlxalq İnkişaf Turniri zamanı nümayiş etdirdiyi baxımlı oyunla seçilib.

Gənc futbolçunun performansı artıq Avropa klublarının da diqqətindən yayınmayıb. O, Fransanın “Strasburq” klubunun maraq dairəsinə düşüb.

Liqa 1 təmsilçisinin baxışına dəvət alan Əli Bəşirov may ayında Fransaya yollanacaq və “Strasburq” klubunun düşərgəsində 10–15 gün müddətində baxışdan keçəcək. Gənclərdən ibarət komandada məşqlərə qatılacaq futbolçu özünü doğrultsa, yeni mövsümdən karyerasını Fransada davam etdirə bilər.

Namiq HUN

TodayPress TV

tag: Əli Bəşirov,Qarabağ,Fransa,U18,Todaypress.tv,