Azərbaycanlı futbolçu qərar verdi
Moskvanın “Dinamo” klubunda çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiya millisində oynamaq istədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə yarımmüdafiəçi Rusiya mətbuatına açıqlamasında deyib:
“Atamın Azərbaycanlı olmasına hörmət edirəm. Amma mən Rusiyada doğulmuşam. Azərbaycandan heç kim mənə müraciət etmədi. Mənim Rusiya millisində öz məqsədlərim və vəzifələrim var”.
Qeyd edək ki, daha əvvəl AFFA-nın Ülvi Babayevi milli komandaya cəlb etmək üçün danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.
Namiq HUN