Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazandı

Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazandı
10.11.2025 03:28 İdman

Azərbaycanlı ağırlıqqaldıranı İsa Rüstəmov (71 kiloqram) Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üç medal qazanıb.

TodayPress TV xəbər verir ki, milli üzvü birdən qaldırmada 147 kiloqram ağırlığın öhdəsindən gələrək, bu hərəkətdə bürünc mükafat əldə edib.

O, təkanla qaldırmada 177 kiloqram çəkini başı üzərinə qaldıraraq ikinci yeri tutub.

İsa Rüstəmov iki hərəkətin cəmində isə 324 kiloqram nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, ötən gün Azərbaycanın qadın ağırlıqqaldıranı Nuray Əbilova (48 kiloqram) 3 bürünc medal qazanıb.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər