Azərbaycanın U-16 millisi Moldovaya qalib gəldi

Azərbaycanın U-16 millisi Moldovaya qalib gəldi
19.06.2025 21:20 İdman

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.

TodayPress TV xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun yığmanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri iyunun 21-də eyni məkanda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər