Azərbaycanın Tacikistanla matçında ədaləti moldovalılar qoruyacaq!
Futbol üzrə Azərbaycan millisinin Tacikistanla keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər.
Qeyd edək ki, sentyabrın 23-də “Palms Sports Arena”da keçiriləcək Azərbaycan – Tacikistan oyunu saat 20:00-da başlayacaq.
Namiq HUN