Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi oldu
09.11.2025 20:00 İdman

Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

TodayPress TV xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda özbəkistanlı Xurşida Razzokberdiyevanı məğlub edərək qızıl medal qazanıb.

Digər cüdoçumuz Aytac Qardaşxanlı (70 kiloqram) İslamiadada üçüncü yeri tutub.

Bu gün, həmçinin Zelim Kotsoyev (100 kiloqram) finalda, Günel Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər