Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır!

Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır!
01.06.2026 10:57 İdman

Bu gün Slovakiyada təşkil olunan Avropa çempionatında 1/8 final mərhələsinin oyunları keçiriləcək. 

TodayPress TV xəbər verir ki, minifutbol üzrə Azərbaycan yığma komandası bu mərhələdə Qazaxıstan millisi ilə qarşılaşacaq.

Azərbaycan - Qazaxıstan matçının qalibi 1/4 final mərhələsində Çexiya - Monteneqro qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.

“Tipos Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

Qeyd edək ki, millimiz qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:2) və Fransa (3:2) yığma komandalarını məğlub edərək F qrupunun qalibi olub. 

Avropa çempionatı iyunun 4-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər