Azərbaycanın iki boksçusu bürünc medal qazandı
Birləşmiş Ərəb Əmirliklərində keçirilən boks üzrə dünya çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, Dubay turnirində Azərbaycanın iki boksçusu bürünc medal qazanıb
Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) dünya çempionatının yarımfinalında özbəkistanlı Turabek Habibullayevə məğlub olub.
Məhəmməd Abdullayev (+92 kq) isə yarımfinal mərhələsində rusiyalı David Surova uduzub.
Nəticədə hər iki boksçumuz mundialın bürünc medalı ilə kifayətlənməli olub.
Namiq HUN