Azərbaycanın FIFA referisi ÇL-də "Arsenal"ın oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi ÇL-də "Arsenal"ın oyununa təyinat aldı
02.11.2025 15:20 İdman

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

TodayPress TV xəbər verir ki, o, Çexiyada yerli "Slaviya" və İngiltərənin "Arsenal" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Slaviya" - "Arsenal" matçı noyabrın 4-də baş tutacaq.

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər