Azərbaycanın dövlət qurumlarının əməkdaşları III Dünya Korporativ Oyunlarında uğur qazandılar

Azərbaycanın dövlət qurumlarının əməkdaşları III Dünya Korporativ Oyunlarında uğur qazandılar
07.06.2026 22:30 İdman

Mərakeşdə keçirilən III Dünya Korporativ Oyunlarında Azərbaycan dövlət qurumlarının əməkdaşları uğurlu nəticələr əldə ediblər.

Bu barədə TodayPress TV-yə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Kişilər arasında voleybol və basketbol yarışlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıblar. FHN-in əməkdaşı Əli Bayramov isə stolüstü tennis yarışlarının bürünc medalını əldə edib.

SOCAR-ın minifutbol komandası 54 komandanın mübarizə apardığı yarışın final görüşündə Mərakeşi təmsil edən komandaya 1:0 hesabı ilə qalib gələrək III Dünya Korporativ Oyunlarının qalibi olub.

Şahmat yarışlarında Azərbaycan Dəmir Yollarının əməkdaşı Sənan Quluyev qızıl medal qazanıb.

 TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər