Azərbaycanın badminton millisi III MDB Oyunlarını 7 medalla başa vurdu

Azərbaycanın badminton millisi III MDB Oyunlarını 7 medalla başa vurdu
05.10.2025 12:50 İdman

Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarında gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, o, qızların fərdi yarışında rusiyalı Marina Tarasova ilə üz-üzə gəlib.

Rəqibinə 0:2 hesabı ilə məğlub olan idmançımız ikinci yeri tutub.

Daha öncə badmintonçularımız 6 bürünc mükafat əldə ediblər. Bununla da Azərbaycan millisi turniri ümumilikdə 7 medalla başa vurub.

Qeyd edək ki, III MDB Oyunlarında badminton yarışlarına bu gün yekun vurulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər