Azərbaycanın 3x3 basketbol millisi İslamiadada qızıl medal qazandı

Azərbaycanın 3x3 basketbol millisi İslamiadada qızıl medal qazandı
19.11.2025 22:50 İdman

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

TodayPress TV xəbər verir ki, yığma komanda finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu - 22:15.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər