Azərbaycandan Rusiya üzərində 7:3-lük QƏLƏBƏ
Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində daha bir görüş baş tutub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi "Elit polo club" Rusiyanın "Moscow polo club" komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan klubunun 7:3 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, günün ilk matçında "Red Star" (Böyük Britaniya) və "Sankt Mortiz" (İsveçrə) komandaları arasında görüş baş tutub. Bu qarşılaşmada İsveçrə təmsilçisi 7:6 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Elit polo club" sabah (sentyabrın 12-si) Böyük Britaniyanın "Red Star" komandası ilə yarımfinalda üz-üzə gələcək. Digər yarımfinal qarşılaşması isə "Sankt Mortiz" (İsveçrə) və "Moscow polo club" (Rusiya) arasında keçiriləcək.
Oyunlarda qalib gələn komandalar sentyabrın 13-də finalda, məğlublar isə üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.