Azərbaycan xizəkçisi Rusiyada medal qazandı
Rusiyada xizəkdə tramplindən tullanma üzrə "Nijni Novqorod çempionatı" keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyası məlumat yayıb.
Yarışda Azərbaycanı milli komandanın yeni idmançısı Zahir Cəfərov təmsil edib. O, 50 iştirakçı arasında 3-cü nəticə göstərərək turnirin bürünc medalını qazanıb.
Namiq HUN