Azərbaycan voleybolçularının İslamiada təqvimi açıqlandı
Səudiyyə Ərəbistanının noyabrın 7–21-də ev sahibliyi edəcəyi VI İslam Həmrəyliyi Oyunlarında təşkil olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan yığma komandası Ər-Riyad multi-idman oyunlarına noyabrın 4-də start verəcək.
Millimiz İslamiadada Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq.
Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.
Milli komandamızın oyun cədvəli:
4 noyabr
15:00. Azərbaycan - Tacikistan
6 noyabr
15:00. Azərbaycan - İran
9 noyabr
18:00. Azərbaycan - Türkiyə
12 noyabr
15:00. Azərbaycan - Əfqanıstan
Namiq HUN