Azərbaycan voleybol yığmalarını Avropada vacib sınaqlar gözləyir!

Azərbaycan voleybol yığmalarını Avropada vacib sınaqlar gözləyir!
11.06.2026 12:15 İdman

Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan yığma komandaları Gümüş Avropa Liqasında mübarizəni davam etdirirlər.

TodayPress TV xəbər verir ki, qadın voleybolçular II turun oyunlarını İspaniyada, kişilər isə Rumıniyada keçirəcəklər.

Qadınlardan ibarət milli komandamız İspaniyanın Alikante şəhərində Şimali Makedoniya və İspaniya yığması ilə qarşılaşacaq.

Kişilərdən ibarət milli komandamız isə Rumıniyanın Mioveni şəhərində İspaniya və Rumıniya yığmaları ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Gümüş Avropa Liqasında II turun oyunları 12-14 iyun tarixlərində keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər