Azərbaycan UEFA reytinqindəki mövqeyini qorudu
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib - ölkəmiz 22.250 xalla 26-cı sırada qalıb.
TodayPress TV-nin məlumatına görə, bu həftə avrokuboklarda keçirilən oyunlardan sonra sıralama yenilənib.
Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerini qoruyub. Ukrayna (23.256) 25-ci, Sloveniya isə (22.218) 27-ci yerdədir.
Xatırladaq ki, “Qarabağ” dekabrın 10-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Niderlandın “Ayaks” klubuna uduzub - 2:4.
Namiq HUN