Azərbaycan, Türkiyə və Qazaxıstan idmançıları birincilik uğrunda yarışdı

İdman

19.02.2026 11:50

Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birgə təşəbbüsü ilə ikinci dəfə təşkil olunan Türk Dövlətlərinin Xizək Kuboku Türkiyənin Uludağ Dağ Kurortunda baş tutub.

TodayPress TV xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan 100-ə yaxın xizək həvəskarı iştirak edib. 

İdmançılar kişi və qadın kateqoriyalarında, 18-25, 26-45 və 46+ yaş qruplarında “Nəhəng Slalom” növündə birincilik uğrunda mübarizə aparıblar.

Yarışın nəticələri belə olub:

18-25 yaş kateqoriyası:

Qızlar: Sıla Kara (Türkiyə) birinci yer

Oğlanlar: Aleksandr Cvetkov (Qazaxıstan) birinci yer

26-45 yaş kateqoriyası:

Qızlar: Nataliya Lapşina (Qazaxıstan) birinci yer 

Elvira Zakarayeva (Azərbaycan) ikinci yer 

Buse Terim (Türkiyə) üçüncü yer

Oğlanlar: Ceyhun Balametov (Azərbaycan) birinci yer 

Metehan Taşdemir (Türkiyə) ikinci yer 

Talip Gülle (Türkiyə) üçüncü yer

46+ yaş kateqoriyası:

Kişilər: Ali Akgül (Türkiyə) birinci yer 

Kamil Şar (Türkiyə) ikinci yer 

Ömer Saraçer (Türkiyə) üçüncü yer

Qeyd edək ki, Kubok yarışının əsas məqsədi türk xalqları arasında qış idman növlərində əməkdaşlığı gücləndirmək, birgə turnirlərin təşkilini təşviq etmək və xizək idmanını təbliğ etməkdir.

Namiq HUN

TodayPress TV

tag: TDT,Xizək,Kurort,Kubok,Todaypress.tv,

photo
photo
photo