Azərbaycan stronqmenlərindən iki qızıl medal
Azərbaycanın stronqmen millisi Macarıstanda keçirilən dünya çempionatında uğurlu çıxış edib.
TodayPress TV xəbər verir ki, Lokitelek turnirində ölkəmizi üç idmançı təmsil edib.
Tural Mirzəliyev (67.5 kq) dünya çempionu titulunu qazanıb. Milli üzvü mütləq çempionluq uğrunda mübarizədə isə üçüncü yeri tutub.
Mundialın ikinci qızıl medalı ağır çəkidə çıxış edən Cəlil Əliyevin aktivindədir. O, açıq yaş qrupunda dünya çempionu titulunu qazanmaqla yanaşı, yeni dünya rekorduna da imza atıb.
Eynilə açıq yaş qrupunda çıxış edən Sadiq Musayev isə çempionatın gümüş medalına layiq görülüb.
Namiq HUN