Azərbaycan millisinin heyətində dəyişiklik edildi

Azərbaycan millisinin  heyətində  dəyişiklik edildi
11.11.2025 17:33 İdman

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

TodayPress TV xəbər verir ki, AFFA-nın məlumatına görə, yığmanın üzvü Elvin Cəfərquliyev yüksək hərarət səbəbindən komandanın heyətindən çıxarılıb.

Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026 seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa ilə qarşılaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər