Azərbaycan millisi səfərdə Macarıstana qarşı oynayacaq

Azərbaycan millisi səfərdə Macarıstana qarşı oynayacaq
07.03.2026 10:50 İdman

Azərbaycanın qadın futbolçulardan ibarət yığması bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti matçını keçirəcək.

TodayPress TV xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası səfərdə Macarıstan millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Görüşü Portuqaliyadan olan baş hakim Filipa Pereyra Kunya idarə edəcək.

Qeyd edək ki, milli seçmə mərhələdəki ilk görüşündə Şimali Makedoniya kollektivi üzərində 2:0 hesablı qələbə qazanmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər