Azərbaycan millisi Pakistan üzərində qələbə qazandı

Azərbaycan millisi Pakistan üzərində qələbə qazandı
09.06.2026 21:00 İdman

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

TodayPress TV-nin məlumatına görə, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi komanda Pakistan yığması ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan matç millinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Komandanın heyətində 31-ci dəqiqədə Hikmət Cəbrayılzadə fərqlənib.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər