Azərbaycan komandası Samakovda yeni medallara yaxınlaşır

İdman

12.05.2026 16:27

Bolqarıstanda yunan-Roma güləşi üzrə U-17 Avropa çempionatı davam edir. 

TodayPress TV xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı (45 kq) Samakov turnirinin yarımfinalında Gürcüstan təmsilçisi Luka Bolkvadze ilə qarşılaşacaq.

Milli üzvü Zöhrab Səfərov (92 kq) isə yarımfinalda ermənistanlı güləşçi Aleksan Şalyanla qurşaq tutacaq.

51 kq çəki dərəcəsində güləşən Hüseyn Mustafazadə isə 1/4 final mərhələsində rusiyalı İnal Temersultanova 6:7 hesabıyla məğlub olub.

U-17 Avropa çempionatının yarımfinal görüşləri bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Qeyd edək ki, 65 kq çəki dərəcəsində çıxış edən Orxan Həbibli təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisi 9:0 hesabı ilə məğlub edib. O, bu nəticə ilə axşam seansında bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: U17,Azərbaycan,Bolqarıstan,Güləş,Todaypress.tv,