Azərbaycan komandası Dünya Seriyasına möhtəşəm başladı!
“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyası mərhələsində çıxış edir.
TodayPress TV xəbər verir ki, B qrupunda yer alan “ağ-qaralar” ilk oyunda Polşa komandası ilə qarşılaşıb.
Ratomir Deliçin komandası rəqibə 22:14 hesabı ilə qalib gəlib.
Komandamız ikinci oyununu Çin basketbolçularına qarşı keçirib.
Bu görüşdə “Neftçi” növbəti qələbəyə sevinib – 19:17.
Qeyd edək ki, turnirə mayın 8-də yekun vurulacaq.
Namiq HUN