Azərbaycan klubu Kipr təmsilçisinə qalib gəldi

Azərbaycan klubu Kipr təmsilçisinə qalib gəldi
24.09.2025 21:30 İdman

Azərbaycanın "Abşeron Lions" basketbol komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

TodayPress TV-nin məlumatına görə, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi "Anortosis"ə qalib gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma təmsilçimizin 89:71 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər