Azərbaycan İslandiyaya qarşı
Bu gün Azəbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
TodayPress TV xəbər verir ki, millimiz V turda İslandiya yığması ilə qarşılaşacaq.
Elvin Cəfərquliyev yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılıb. Yığmamızın kapitanı Emin Mahmudovun da oyunu buraxacağı ehtimal olunur.
Xatırladaq ki, Azərbaycan komandası seçmə mərhələ çərçivəsində sentyabrın 5-də səfərdə İslandiya yığmasına 0:5 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan – İslandiya matçını Nikola Dabanoviçin rəhbərlik edəcəyi hakimlər briqadası idarə edəcək.
“Neftçi Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq.
Namiq HUN