Azərbaycan–İslandiya oyununa monteneqrolu hakimlər təyinat aldı

Azərbaycan–İslandiya oyununa monteneqrolu hakimlər təyinat aldı
11.11.2025 14:35 İdman

Azərbaycan millisi ilə İslandiya arasında noyabrın 13-də Bakıda keçiriləcək DÇ-2026 seçmə oyununa hakimlər müəyyənləşib.

TodayPress TV xəbər verir ki, qarşılaşma 8-ci km qəsəbə stadionunda baş tutacaq.

Oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nikola Dabanoviç olacaq. Ona yan xətt hakimləri Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

VAR sistemi isə serb hakimləri Momçilo Markoviç və Aleksandar Jivkoviçə həvalə olunub.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər