Azərbaycan güləşində yeni nəsil gücünü göstərdi

Azərbaycan güləşində yeni nəsil gücünü göstərdi
25.05.2026 08:20 İdman

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatını komanda hesabında üçüncü pillədə başa vurub.

TodayPress TV xəbər verir ki, Bolqarıstanın Samokov şəhərində keçirilən qitə birinciliyində yığmamız altı medal qazanıb.

İki qızıl, iki gümüş və iki bürünc medal əldə edən millimiz 122 xalla komanda hesabında Rusiya (167 xal) və Gürcüstandan (165 xal) sonra üçüncü yeri tutub.

Güləşçilərimiz medalların əyarına görə yalnız rusiyalı həmkarlarından geri qalıblar.

Qeyd edək ki, yığmanın heyətində Yusif Abdullayev (38 kq) və Elvin Necəfzadə (85 kq) Avropa çempionu olublar. Elman İsmayılov (41 kq) və Adəm Quliyev (52 kq) gümüş medal qazanıblar. Məhəmməd Kərimov (44 kq) və Yusif Hüseynov (62 kq) isə turniri bürünc medalla başa vurublar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər